Yaxın Şərq
ABŞ İrana güclü zərbələr endirir - SON DƏQİQƏ
ABŞ Silahlı Qüvvələrinin hərbçiləri İrana qarşı bir sıra güclü zərbələr endirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Qurumun bəyanatında deyilir ki, hücumlar İslam Respublikasının Hörmüz boğazından keçən üç ticarət gəmisinə zərbələr endirməsinə cavab olaraq həyata keçirilir.
"Mərkəzi Komandanlığın qüvvələri İrana silsilə güclü zərbələr endirməyə başlayıb. ABŞ zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İranın vurduğu zərbələrə cavab olaraq endirilir. İranın təcavüzü əsassız, təhlükəli olub və atəşkəs rejiminin açıq-aşkar pozulması idi", - CENTCOM-dan qeyd ediblər.
Bundan bir qədər əvvəl Hörmüz boğazındakı İranın Qeşm adasında altı partlayış baş verib. Həmçinin İranın Bəndər-Abbas və Sirik şəhərlərində də bir neçə partlayış qeydə alınıb.
Hüseyn İbadlı
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































