İdman
Di Kaprionun keçmiş sevgilisi DÇ-də Messini belə dəstəkləyir - FOTO
2026-cı il Dünya Kubokunda Argentina milli komandasını dəstəkləmək üçün təkcə sadiq azarkeşlər ordusu deyil, həm də Hollivud ulduzu Leonardo Di Kaprio ilə münasibətləri ilə tanınan məşhur aktrisa və model Kamila Morrone də gəlib.
Publik.az xəbər verir ki, valideynləri argentinalı olan 29 yaşlı Morrone, Dünya Kuboku ABŞ-da keçirildiyi üçün milli komandasının oyununu canlı izləmək fürsətindən istifadə edib.
O, tribunadan Lionel Skaloninin komandasını hərarətlə alqışlayıb.
Aktrisa Argentina milli komandasının rənglərində bir geyim seçib: açıq mavi rəngli futbolka, milli rənglərdə Panama papağı və ağ cins şalvar. Argentina bayrağının təsvir olunduğu üz rəsmləri ilə görünüşünü tamamlayıb.
Kamila oyun atmosferini sosial mediada aktiv şəkildə paylaşır. O, azarkeşlərlə poza verib, selfi çəkdirib və hətta Lionel Messinin də şəklini paylaşıb. Oyundan sonra model emosional şəkildə yazıb:
“Argentinalı olduğum üçün nə qədər qürur duyduğumu heç vaxt anlamayacaqsınız! Messini Dünya Kubokunda şəxsən görmək bir xəyal idi. Finalda görüşənədək? İrəli, Argentina, daha bir Kubok!”
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər





































