Nida Təhlil
Trampın Türkiyə səfərinin pərdəarxası: Regionda nələr dəyişir?
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfərini şərh edib.
Publika.az xəbər verir ki, sabiq nazir bununla bağlı "Facebook" hesabında paylaşım edib.
Tofiq Zülfüqarov bildirib ki, Trampın Türkiyəyə səfəri çərçivəsində keçirilən protokol tədbirlərinin görüntüləri olduqca informativdir və mətn az olsa da, sanki səssiz filmdə olduğu kimi, çox şeyi anlamağa imkan verir. O qeyd edib ki, dövlət protokolu və mərasim qaydaları hər zaman xarici siyasətin ən mühüm amillərindən biri olub.
Sabiq nazirin sözlərinə görə, Trampın əvvəlcədən verdiyi anons təsdiqini tapıb və Türkiyə ilə Pakistan Yaxın Şərq regionunda təhlükəsizlik məsələləri üzrə ABŞ-ın ən mühüm tərəfdaşlarına çevriliblər.
"NATO-da say baxımından ikinci ən böyük Silahlı Qüvvələrə malik olan Türkiyə, hətta nüvə silahına sahib Fransa və Böyük Britaniya ilə müqayisədə belə, bundan sonra Avropa təhlükəsizlik sistemində əsas rollardan birini oynayacaq.
Netanyahu dövründə İsrailin ABŞ-ın yeganə və əsas hərbi-siyasi dayağı olmaq ambisiyaları regionun coğrafi, demoqrafik və ən əsası dini-konfessional reallıqları səbəbindən mümkün deyil.
İsrailin "İbrahim sazişləri" vasitəsilə siyasi təsirini genişləndirmək konsepsiyası yalnız yəhudi dövlətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edən ehtiyaclarla məhdudlaşacaq.
Türk Dövlətləri Təşkilatının lideri kimi Türkiyə artıq ABŞ-ın dəstəyi ilə vahid müdafiə komponentinin formalaşdırılmasını daha sürətli şəkildə həyata keçirəcək", - Tofiq Zülfüqarov qeyd edib.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































