Dünya
Rusiya Əhməd Kadırovun şərəfinə sikkə buraxır
Rusiya Mərkəzi Bankı iyulun 14-də Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Abdülhəmidoviç Kadırovun anadan olmasının 75 illiyi münasibətilə xatirə gümüş sikkəsini dövriyyəyə buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
"Rusiyanın görkəmli şəxsiyyətləri" seriyasına daxil olan sikkənin nominal dəyəri 2 rubl, diametri isə 33 millimetrdir.
Sikkənin üz tərəfində Rusiyanın dövlət gerbi, "Rusiya Federasiyası", "Rusiya Bankı", "2 rubl" və "2026" yazıları əks olunub. Arxa tərəfində isə Əhməd Kadırovun portreti, Qroznı şəhəri və fonunda Qafqaz dağlarının təsviri yer alıb. Burada həmçinin onun doğum və vəfat illəri - 1951 və 2004 göstərilib.
"Proof" keyfiyyətində hazırlanan sikkə 3 min nüsxə tirajla buraxılacaq. Mərkəzi Bank bildirib ki, sikkə ölkə ərazisində bütün ödəniş növləri üzrə nominal dəyəri ilə qanuni ödəniş vasitəsi hesab olunur.
Qeyd edək ki, Əhməd-Hacı Kadırov (1951-2004) Çeçenistanın ilk prezidenti olub. O, əvvəllər çeçen separatçılarını dəstəkləsə də, sonradan Moskvanın tərəfinə keçərək Rusiyanın bölgədə əsas müttəfiqlərindən birinə çevrilib. Kadırov 2004-cü il mayın 9-da Qroznıda stadionda baş verən partlayış nəticəsində həlak olub. Hazırda isə Çeçenistana onun oğlu Ramzan Kadırov rəhbərlik edir.
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir


















.jpg)


















