ABŞ səfiri Türkiyədən geri çağırıldı: Bu sözlər başına bəla olub
Bizi izləyin

Dünya

ABŞ səfiri Türkiyədən geri çağırıldı: Bu sözlər başına bəla olub

ABŞ səfiri Türkiyədən geri çağırıldı: Bu sözlər başına bəla olub

ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İsrail və Qolan təpələri ilə bağlı açıqlamalarından sonra Ankaradan geri çağırılıb.

Publika.az xəbər verir ki, diplomat İsrailin Qolan təpələrində qanunsuz məskunlaşma fəaliyyəti həyata keçirdiyini bildirib. Bu açıqlama Vaşinqtonda narazılığa səbəb olub və Barrakın Türkiyədəki fəaliyyətinin davam edib-etməyəcəyi sual altına düşüb.

Amerikalı jurnalist Laura Lumerin sözlərinə görə, Dövlət Departamentindəki mənbə Barrakın geri çağırılmasını təsdiqləyib. Diplomat daha sonra sözlərini danaraq yalnız tarixi konteksti nəzərdə tutduğunu açıqlayıb.

“Buna baxmayaraq, Barrak Vaşinqtona çağırılıb. Onun Ankaraya qayıdıb-qayıtmayacağı hələlik məlum deyil”, - məlumatda bildirilib.

Qeyd edək ki, Qolan təpələri İsrail və Suriya arasında uzun illərdir mübahisə mövzusu olaraq qalır. ABŞ prezidenti Donald Trampın 2019-cu ildə İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması regionda ciddi reaksiyalara səbəb olmuşdu.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm