O da vəzifəsindən ayrılır
Bizi izləyin

Dünya

O da vəzifəsindən ayrılır

O da vəzifəsindən ayrılır

Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifədən gedir.

Publika.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında bildirib.

"Ukrayna xalqına müdafiə naziri vəzifəsində xidmət etmək mənim üçün böyük şərəf idi. Ukraynanı müdafiə edən və qələbə naminə çalışan hər kəsə təşəkkür edirəm. Effektiv şəkildə sutka ərzində 24/7 xidmət göstərən bütün komandama minnətdaram. Mən bundan əvvəl Müdafiə Nazirliyinə gəldiyim missiya naminə çalışmağa davam edəcəyəm - düşməni asimmetrik yanaşma, innovasiyaların sürəti və təşkilati güc hesabına məğlub etmək üçün", - deyə Fedorov yazıb.

Ukrayna mediası yeni müdafiə naziri vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun namizədliyinin nəzərdən keçirildiyini yazıb.

Qeyd edək ki, Ukraynada yenilənmiş siyasi strategiyanın həyata keçirilməsini təmin etmək məqsədilə kadr dəyişikliklərinə başlanılır. Bu çərçivədə Ukraynanın Baş naziri Yuliya Sviridenko da vəzifəsindən ayrılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm