Sosial
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı - Foto
Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Fərid Babayev və Pərviz Əsədovun müşayiəti ilə Azərbaycan vətəndaşları Lətifova Gülana, Nəsrullayev Tofiq, Səmədov Səbuhi, İsmayılov İsmayıl, Əliyev Aydın, Rəhimov Cavid, Rəhimov Mehman, Axundov İsmayıl, Əliyev Qurban və Abasov Valeh iyulun 15-də Moldova vasitəsilə Azərbaycana yola salınıblar.
Qeyd edək ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Kapitanın axtarışı davam edir.
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı



































.jpg)
