Dünya
Alla Puqaçova mənzilini sata bilmir: Qiyməti 30 milyon endirdi
Rus estradasının ulduzu Alla Puqaçova Moskvanın elit yaşayış komplekslərindən birində yerləşən mənzilini sata bilmədiyi üçün qiymətini 30 milyon rubl aşağı salıb.
Publika.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Bildirilib ki, söhbət paytaxtın "Filippovski" yaşayış kompleksində yerləşən, sahəsi 303,9 kvadratmetr olan beşotaqlı mənzildən gedir.
Mənzilin qiyməti 30 milyon rubl (təxminən 650 min manat) endirilərək 390 milyon rubla (təxminən 8,5 milyon manat) satışa çıxarılıb.
Əmlak agentliyi vasitəsilə satılan mənzil yalnız real alıcılarla nümayiş etdirilir. Rieltorların sözlərinə görə, hazırkı bazar şərtlərində onun real dəyəri təxminən 380 milyon rubl, kadastr dəyəri isə 222 milyon rubl təşkil edir.
Məlumata görə, Puqaçova hazırda xaricdə yaşadığı üçün satış etibarnamə əsasında həyata keçirilə bilər. Satışdan əldə olunan vəsait isə Rusiyadakı bank hesabına və ya onun səlahiyyət verdiyi şəxsə köçürüləcək.
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız


















.jpg)
















