İdman
21 yaşlı idmançı komaya düşdü
Arizona Dövlət Universitetinin xokkey komandasının müdafiəçisi Metyu Maçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, kanadalı xokkeyçi atletika stadionunda komanda məşqi zamanı huşunu itirib.
Xokkeyçinin günvurmadan halının pizləşdiyi bildirilir. Arizonada həddindən artıq isti temperatur müşahidə olunur. Səhər tezdən temperatur 32°C-yə (90°F) yaxınlaşır.
Mənbələrə görə, 21 yaşlı xokkeyçi ürək tutması keçirib və hazırda Feniks xəstəxanasında komadadır. Universitet rəsmiləri oyunçunun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləsələr də, tibbi məxfiliyi əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina ediblər.
Maçic 2023-cü il NHL-ə qəbul seçiminin altıncı turunda (ümumilikdə 170-ci) “Sent-Luis Blyuz” komandası tərəfindən seçilib.
Ötən mövsüm Maçic Klarkson Universitetində oynayıb və orada 34 oyunda 15 xalla (7 qol, 8 məhsuldar ötürmə) yadda qalıb.
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi







































