Qazaxıstan CPC terminalında neft yüklənməsini dayandırdı
Bizi izləyin

Dünya

Qazaxıstan CPC terminalında neft yüklənməsini dayandırdı

Qazaxıstan CPC terminalında neft yüklənməsini dayandırdı

Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi müvəqqəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra bu qərarın verildiyini açıqlayıb.

İyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb. Hücum nəticəsində gəmilərdə yanğın baş verib. Ekipajların operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb, neftin dənizə sızmasına yol verilməyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Nazirlik qeyd edib ki, terminalın üzən yanalma qurğuları – VPU-1 və VPU-3 zədələnməyib.

"Hazırda terminalda neftin yüklənməsi hadisənin nəticələrinin qiymətləndirilməsinə qədər dayandırılıb. Neftin yüklənməsinin bərpası ilə bağlı əlavə məlumat əldə edildikdə təqdim ediləcək", - deyə açıqlamada burğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm