Sosial
Bakını köç “hücumundan” xilas etməyin yolu - Üç şəhərimizlə bağlı təklif verildi
Son illər regionlardan Bakıya köç edənlərin sayının artması paytaxtda əhali sıxlığını daha da artırıb. Bu proses mənzil bazarına, nəqliyyata, sosial infrastruktura və əmək bazarına da təsirsiz ötüşmür. Digər tərəfdən, regionlarda gənc və əmək qabiliyyətli əhalinin azalması həmin ərazilərin inkişafı ilə bağlı narahatlıqları da gündəmə gətirir.
Bəs daxili miqrasiya hansı sosial problemlərə səbəb olur və bu prosesin balanslaşdırılması üçün hansı addımlar atılmalıdır?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Natiq Cəfərli danışıb. O deyib ki, son 20-25 ildə regionlardan Bakıya köç prosesi dayanmaq əvəzinə daha da sürətlənib:
“Bunun əsas səbəbi təkcə iqtisadi amillər deyil. Regionlarda gənclər iş imkanları ilə yanaşı, sosial və mədəni infrastrukturun zəifliyi ilə də üzləşirlər. Əyləncə məkanlarının, teatrların, müxtəlif sosial fəaliyyət imkanlarının məhdud olması gənclərin paytaxta üz tutmasına səbəb olur.
Bu problemin həlli yalnız regionlarda məşğulluğun artırılması ilə mümkün deyil. Eyni zamanda sosial həyatın canlandırılması, mədəniyyət və istirahət imkanlarının genişləndirilməsi də vacibdir”.
N.Cəfərlinin fikrincə, regionlarda yeni cazibə mərkəzləri formalaşdırılmalıdır:
“Məsələn, Gəncə, Şəki və Xankəndi kimi şəhərlər güclü iqtisadi, sosial və mədəni potensiala malik iri şəhərlərə çevrilməlidir. Bu şəhərlərdə həyat keyfiyyəti yüksəldikcə insanlar yalnız Bakıya köç etməyi deyil, regionlarda yaşamağı da üstün tutacaqlar. Yəni məqsəd təkcə Bakıya köçün qarşısını almaq deyil, eyni zamanda regionlara əks miqrasiyanı təşviq edəcək şərait yaratmaq olmalıdır”.
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız






.jpg)






























