Barda baş verən dəhşətli yanğında həlak olanların sayı artdı
Bizi izləyin

Dünya

Barda baş verən dəhşətli yanğında həlak olanların sayı artdı

Barda baş verən dəhşətli yanğında həlak olanların sayı artdı

İyulun 12-də Tailandın paytaxtı Banqkokun Çatuçak rayonunda yerləşən məşhur bar-restoranda baş verən yanğında həlak olanların sayı 34-ə çatıb.

Publika.az xəbər verir ki, səhiyyə orqanlarının yaydığı məlumata görə, iyulun 19-da 20 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Xatırladaq ki, yanğın Banqkokun şimalında yerləşən və həmin vaxt konsert keçirilən "Rong Beer Na Lat Phrao" adlı məkanda qısa müddətdə geniş əraziyə yayılıb. Nəticədə 27 nəfər karbon monoksid və sianid turşusunun tüstüsünü udaraq zəhərlənərək ölüb.

Digər qurbanlar isə ağır yanıq xəsarətləri səbəbindən sonradan xəstəxanada dünyasını dəyişiblər. Ümumilikdə 70-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm