Dünya
Rusiya bu ölkənin diplomatlarını qovdu - Qisas aktı?
Rusiya İtaliyanın Moskvadakı hərbi attaşesini və diplomatlardan birini ölkədən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tacani bildirib.
Onun sözlərinə görə, Moskva bu addımı "heç bir əsaslandırma olmadan" atıb. O əlavə edib ki, Rusiyanın hərəkətləri İtaliyada bu ölkənin diplomatları casusluqda ittiham edildikdən sonra "açıq-aşkar qisas aktı"dır .
Romadakı Rusiya səfirliyindən iki hərbi attaşenin qovulması 9 iyulda elan edilib. İtaliya Xarici İşlər Nazirliyi qərarın səbəblərini açıqlamaqdan imtina edib.
İyulun 20-si axşamı Rusiya Xarici İşlər Nazirliyi İtaliyanın ölkədəki müvəqqəti işlər vəkili Covanni Skopanı çağırıb. Söhbət zamanı ona bildirilib ki, Rusiya Federasiyasındakı İtaliya səfirliyinin attaşesi Vittorio Parrella və onun müdafiə işləri üzrə köməkçisi Davide D'Aprile ailə üzvləri ilə birlikdə üç gün ərzində Rusiyanı tərk etməlidirlər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova izah edib ki, italyan diplomatlarının qovulması cavab tədbiridir. Diplomat həmçinin Tacaninin açıqlamasına sərt reaksiya verərək, onun məntiqsizliyinə diqqət çəkib.
“Beləliklə, "heç bir əsas olmadan" və ya "qisas aktı"? Görəsən onlar Meloniyə eyni ruhda hesabat verirlərmi? Məsələn, yaxşı italyan diplomatları pis Rusiya tərəfindən heç bir səbəb olmadan evə göndərilib, amma İtaliya pis rusları yaxşı səbəbdən qovub”, - Zaxarova deyib.
O, həmçinin Rusiya diplomatlarına qarşı istənilən düşmənçilik hərəkətinin Moskva tərəfindən cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Müəllif: Tural
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB24 Avqust 14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika24 Avqust 13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region24 Avqust 13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır




















.jpg)













.jpg)

