Dünya
Venesuelada zəlzələ qurbanlarının sayı 6125 nəfərə çatdı - Yeniləndi
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 6125 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə Parlamentinin spikeri Xorxe Rodrigezin “Telegram” kanalında dərc olunan həftəlik bülletendə bildirilib.
Hesabata əsasən, axtarış-xilasetmə tədbirləri zamanı 6462 nəfər xilas edilib, 60 min 992 nəfər isə tibb müəssisələrində müalicə alıb.
Ölkədə yoxlanılan 43 min 679 binadan 41 min 624-nün zədələndiyi, evsiz qalanlar üçün isə 287 evin təhvil verildiyi qeyd olunub.
***
Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 5 min 346 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 6 min 462 nəfər xilas edilib. Hakimiyyət orqanları 128 min 324 ailəyə yardım göstərib, 17 min 265 nəfər isə evsiz qalıb. Hazırda 23 min 122 nəfər 107 müvəqqəti sığınacaqda yerləşdirilib.
Rəsmi məlumata əsasən, zəlzələlər nəticəsində 856 bina zədələnib, onlardan 190-ı tamamilə dağılıb.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə bir neçə zəlzələ qeydə alınıb.
-
Elm və təhsil17:09Azərbaycan tarixinin ən böyük imperiyası - XƏRİTƏ
-
İdman15:44Ulduz idi, həbsxanada "çürüyür" - Promesin hekayəsi
-
Hadisə14:56Əməkdar jurnalist dəfn edildi - YENİLƏNİB
-
Maraq dünyası14:38Ovçular kəndə hücum edən ayını axtarırlar
-
Hadisə14:02Xalq artisti yol qəzası keçirdi, vəziyyəti ağırdır
-
Maraq dünyası12:40Ayı turistin əlini qopardı
-
Ekologiya12:17Sabahın hava proqnozu açıqlandı
-
İdman10:50Messi şilləyə görə cəzalandırıldı





































