İdman
Ulduz idi, həbsxanada "çürüyür" - Promesin hekayəsi
Bir vaxtlar “Ayaks” və Niderland millisinin aparıcı futbolçularından olan Kvinsi Promesin karyerası son illərdə ciddi hüquqi problemlərlə müşayiət olunub. Sürəti, texnikası və qolçuluğu ilə tanınan keçmiş futbolçu hazırda ağır cinayətlər üzrə həbs cəzası çəkir.
Publika.az xəbər verir ki, 34 yaşlı Promes karyerasının ən yaxşı dövründə Niderland millisində 50 oyun keçirib, “Ayaks”da çıxış edib və “Spartak Moskva”da komandanın əsas futbolçularından birinə çevrilib. Lakin sonradan onun adı iki ciddi cinayət işi üzrə hallanıb.
Promes əvvəlcə ailə toplantısı zamanı əmisi oğlunu ayağından bıçaqlamaqda ittiham olunub. Hadisə 2020-ci ilin yayında baş verib. Futbolçu əvvəlcə ittihamları rədd etsə də, sonradan bıçaqlama faktını qəbul edib və bunu özünü müdafiə məqsədi daşıyan hərəkət kimi izah edib.
Məhkəmə nəticəsində Promes ağırlaşdırılmış hücumda təqsirli bilinərək 18 ay həbs cəzasına məhkum edilib.
Bununla yanaşı, onun adı daha böyük narkotik işi üzrə də hallanıb. Niderland prokurorluğunun məlumatına görə, Promes Braziliyadan gətirilən və dəniz duzu kisələrində gizlədilən 1,3 tondan çox kokainin qaçaqmalçılığı işi üzrə təqsirləndirilən şəxslərdən biri olub. İttihama görə, futbolçu bu əməliyyata 75 min avro yatırıb və daşınmanın təşkilində rol oynayıb.
2024-cü ilin fevralında Promes və onun əmisi oğlu bu iş üzrə təqsirli bilinərək 6 il müddətinə həbs cəzasına məhkum ediliblər. Beləliklə, iki ayrı cinayət işi üzrə Promes barəsində çıxarılan həbs cəzalarının müddəti ümumilikdə 7 il 6 ay təşkil edir.
Promes məhkəmə prosesləri zamanı uzun müddət Rusiyada yaşayıb və Niderlanda qayıtmayıb. Buna görə onun barəsində beynəlxalq axtarış elan olunub.
2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş verən yol qəzasından sonra Promes qəza yerindən uzaqlaşıb və daha sonra hava limanında saxlanılıb. Niderlandın ekstradisiya tələbi əsasında o, BƏƏ-də ev dustaqlığında qalıb.
2025-ci ilin iyununda Promes Niderlanda qayıdaraq məhkəmə qarşısında ifadə vermək istədiyini açıqlayıb. O, ölkəsinə qayıtmaq və baş verənlərə görə cavab vermək istədiyini bildirib.
Nəticədə futbolçu Niderlanda ekstradisiya edilib və həbsxanaya yerləşdirilib.
Hazırda Promes hər iki məhkumiyyət üzrə apellyasiya prosesinin nəticəsini gözləyir. Onun vəkilləri futbolçunun psixoloji müayinədən keçirilməsini də istəyiblər.
Bir vaxtlar İngiltərə Premyer Liqasının klublarının transfer etmək istədiyi və Niderland futbolunun aparıcı hücumçularından sayılan Promes hazırda hüquqi mübarizəsini davam etdirir. Onun karyerasının sonrakı taleyi isə məhkəmə proseslərinin nəticəsindən asılıdır.
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?


































