Dünya
"Boko Haram" Kameruna hücuma keçdi
Yüzlərlə Boko Haram döyüşçüsü sərhəddə yerləşdirilmiş Çad və Kamerun əsgərləri ilə hərbi toqquşmalardan sonra Kamerun sərhəddini keçərək ölkəyə daxil olub.
Publika.az-ın məlumatına görə, döyüşçülər Kamerun-Nigeriya sərhəddindəki Fotokol şəhərinə daxil olaraq Çad ordusunun hərbi mövqelərinə hücum edib. Ərazidə şiddətli döyüşlərin getdiyi bildirilir.
Çad hərbi qüvvələrin əsgərlərinin Boko Haramın hücumunu dəf etdiyini və yaraqlıların Nigeriyanın Qambaru şəhərinə çəkilməyə məcbur olduqlarını bildirib. Döyüş zamanı 200-dən çox yaraqlının öldürüldüyü və Çad ordusunun doqquz əsgərinin həlak olduğu bildirilir.
Tələfatlarla bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Çad Nigeriya hökumətinə Boko Haramın İslam Dövləti yaratmaq məqsədilə ələ keçirdiyi ərazilərin geri qaytarılmasına kömək məqsədilə beynəlxalq səylərin önündə gedir.
Nigeriya hərbi qüvvələrin ölkənin şimal-qərbində Qanbrau da daxil olmaqla onlarla şəhəri və qəsəbəni geri aldığını bildirib.
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı


































