Dünya
NATO Rusiyanı Gürcüstana görə ittiham etdi
“Gürcüstan Cenevrə danışıqlarında yaxından iştirak edir. Amma təəssüf ki, Rusiya bunun əksini edir. Biz Rusiyanın Gürcüstanla bağlı hərəkətlərini ittiham edirik, xüsusilə də bu günlərdə Gürcüstanın separatçı bölgəsi Abxaziya ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamasını”.
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Jens Stoltenberq fevralın 5-də NATO-Gürcüstan kimissiyasının Brüsseldə keçirilən iclasında deyib.
O qeyd edib ki, Rusiya Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiya ilə də belə bir müqavilə imzalamağa hazırlaşır və bu cür addımlar Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhtəliklərin pozulması deməkdir.
Stoltenberg qeyd edib ki, bu cür addımlar beynəlxalq pinsiplərə ziddir və Rusiyanın ətraf regiondakı pozucu davranışının tərkib hissəsidir.
Stoltenberq bildirib ki, biz bunu Moldovada görmüşük, indi isə Ukraynada, Krımda və Ukraynanın şərqində görürük.
NATO-nun komandan mıərkəzləri qurmaq istədiyi Baltik ölkələri, Polşa, Rumınya və Bolqarıstana gəldikdə isə Stoltenberq qeyd edib ki, hazırda bu ölkələrə qarşı konkrettəhlükə yoxdur.
Amma NATO-nun şərq cinahını gücləndirməsi Rusiyanın təcavüzkarlığına cavabdır.
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq

































