Dünya
Türkiyənin cəsarətli addımları və bu bölgədə artan təsiri: İsraildə nədən narahatdırlar?
İsrailin “Globes” qəzeti Türkiyənin son dövrdə Yaxın Şərqdə həyata keçirdiyi diplomatik, enerji və təhlükəsizlik siyasətini təhlil edib.
Publika.az xəbər verir ki, nəşr Ankaranın İraq, Suriya və Livanda artan fəallığının İsraildə diqqətlə izlənildiyini yazıb.
Təhlildə qeyd olunur ki, Türkiyə yalnız hərbi sahədə deyil, enerji dəhlizləri, iqtisadi layihələr və diplomatik təşəbbüslərlə də bölgədəki nüfuzunu gücləndirir. Ankara uzunmüddətli strategiya çərçivəsində enerji tranzit mərkəzinə çevrilməyi hədəfləyir və bu məqsədlə alternativ ticarət və nəqliyyat marşrutlarının inkişafına önəm verir.
Qəzet Türkiyənin İraqla enerji əməkdaşlığını xüsusi vurğulayaraq, Bəsrə körfəzini Türkiyə vasitəsilə Avropaya bağlamağı nəzərdə tutan "İnkişaf Yolu" layihəsini ön plana çıxarıb. Bildirilir ki, Ankara həmçinin Kərkük-Ceyhan neft kəmərinin daha səmərəli istifadəsi və İraq neftinin Türkiyə üzərindən ixracının artırılması istiqamətində addımlar atır.
Təhlildə Türkiyənin Suriyada siyasi proseslərə və təhlükəsizlik məsələlərinə təsirinin artdığı, Livanda isə diplomatik əlaqələrin və yenidənqurma prosesinə dəstək təşəbbüslərinin İsrail tərəfindən yaxından izlənildiyi qeyd olunub.
İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) eksperti Qaliya Lindenştrauss bildirib ki, Türkiyə son illərdə əvvəlki dövrlərlə müqayisədə daha cəsarətli addımlar atır və Bağdadla güclənən əlaqələri bölgədəki qüvvələr nisbətinə təsir göstərə bilər.
Nəşr sonda vurğulayıb ki, Türkiyənin enerji, nəqliyyat, diplomatiya və təhlükəsizlik sahələrində həyata keçirdiyi addımlar vahid regional strategiyanın tərkib hissəsidir və Ankaranın Yaxın Şərqdə artan rolu qarşıdakı dövrdə də diqqət mərkəzində qalacaq.
Müəllif: Roza
-
Dünya09:57Türkiyənin cəsarətli addımları və bu bölgədə artan təsiri: İsraildə nədən narahatdırlar?
-
MDB09:18Kadırovun generalından çağırış: Ukraynalılar edam edilməlidir, onlar asılmağı sevirlər
-
Hadisə08:12Gəncədə restoran qarşısında kütləvi dava - 1 ölü, 3 yaralı var
-
Banklar 03:43Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
-
Qoroskop00:45Günün ulduz falı: qəfil yaranan səyahət fürsəti planlarınızı dəyişəcək
-
Hadisə5 Avqust 22:46Bakıda məsciddə yanğın oldu - Yeniləndi
-
Hadisə5 Avqust 20:24Mingəçevirdə yeniyetmə kanalda batdı
-
Hadisə5 Avqust 20:00Bakıda ticarət mərkəzində bədbəxt hadisə



























.jpg)








