Dünya
OPEK-dən ayrılan bu ölkə neft ixracını artırır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEK-dən ayrıldıqdan sonra neft ixracını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Publika xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ölkənin ən böyük neft şirkəti “Adnoc” xam neft daşınması üçün tanker donanmasını genişləndirib. Şirkət bu məqsədlə 1,3 milyard dollar xərcləyərək supertanker sayını 8-dən 14-ə çatdırıb. Bundan əlavə, propan daşımaq üçün daha beş gəmi alınıb.
BƏƏ hökuməti həmçinin Oman körfəzi sahilində yerləşən Dibba, Füceyrə və Xor-Fakkan terminallarının gücünü artırmağı, eləcə də iki yeni neft kəməri çəkməyi planlaşdırır.
Bu addımlar ölkənin neft ixracını artırmaqla yanaşı, əsas marşrut sayılan Hörmüz boğazından asılılığı azaltmağa hesablanıb.
Müəllif: Roza
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO

































.jpg)


