"Delfin" tayfunu bir milyondan çox insanı evsiz qoydu
Bizi izləyin

Dünya

"Delfin" tayfunu bir milyondan çox insanı evsiz qoydu

"Delfin" tayfunu bir milyondan çox insanı evsiz qoydu

Bu ilin ən güclü tropik siklonu Çinin şərq sahillərinə çataraq leysan yağışlarına və son dərəcə güclü küləyə səbəb olub.

Publika.az “Reuters”ə istinadla xəbər verir ki, ölkə hakimiyyəti “Delfin” tayfununun təsiri nəticəsində daşqın və sürüşmələrə məruz qalma riski olan ərazilərdən bir milyondan çox insanın genişmiqyaslı təxliyəsini həyata keçirib.

Təbii fəlakətin episentrində küləyin sürəti saatda 150 kilometrə çatıb ki, bu da birinci kateqoriyalı qasırğaya uyğundur. Regionda fırtına xəbərdarlıqları elan edilib, gəmilərə limanlarda sığınacaq tapmaları barədə göstəriş verilib.

Bundan əvvəl tayfun Yaponiyanın Okinava adasından keçərək altı nəfərin xəsarət almasına və 50 min evin elektrik enerjisiz qalmasına səbəb olub. Hazırda Çin xidmətlərinin əsas səyləri infrastrukturun qorunmasına və təbii fəlakətin nəticələrinin minimuma endirilməsinə yönəlib. Təxliyə davam edir, xilas edilənlərin sayının artacağı gözlənilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm