Dünya
Polşa Ukraynaya MiQ-29-ları verir, qarşılığında isə... - ŞOK TƏLƏB
Polşa və Ukrayna köhnə sovet istehsalı MiQ-29 qırıcılarının Kiyevə təhvil verilməsi ilə bağlı danışıqları yekunlaşdırır. Təyyarələrin qarşılığında Ukraynanın çox sayda pilotsuz uçuş aparatı (PUA) və onların istehsalına dair hərbi texnologiyalar təqdim etməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə Polşanın "Wirtualna Polska" nəşri Polşa Silahlı Qüvvələri və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Uzun müddət dalana dirənən danışıqlarda ciddi irəliləyiş əldə olunub. Söhbət istismar müddəti demək olar ki, başa çatmış və Polşa ordusunun silahlanmadan çıxardığı MiQ-29-lardan gedir. Varşava daha əvvəl bu təyyarələri hətta utilizasiyaya göndərməyi nəzərdən keçirib.
Polşa tərəfi Ukraynadan xüsusilə zərbə PUA-ları ilə rabitə, onların idarə olunması prinsipləri, hədəflərə zərbələrin videoyazıları və istifadə olunan texnika nümunələri barədə məlumat almaqda maraqlıdır.
Nəşrin məlumatına görə, proses Rüstəm Umerovun Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilməsindən sonra sürətlənib. Prezident Vladimir Zelenski ona, o cümlədən, dronlarla bağlı sazişlərin bağlanması üzrə danışıqlar aparmağı tapşırıb.
Bununla belə, Polşa yekun razılaşmanın icrasına ehtiyatla yanaşır. Danışıqlara cəlb olunan mənbənin sözlərinə görə, “Fire Point” şirkəti Polşaya 1 500 uzaqmənzilli PUA, həmçinin müharibə başlayacağı təqdirdə daha 1 500 aparat verməyi təklif edir.
Mənbə qeyd edib ki, razılaşma kağız üzərində cəlbedici görünsə də, müharibə şəraitində şirkətin müqaviləni “fors-major” səbəbi ilə yerinə yetirməməsi riski var.
Müəllif: Adəm
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)







.jpg)



















