Dünya
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın səhhəti və tibbi təminatına dair mühüm qərarlar qəbul edib.
Publika.az xəbər verir ki, məhkəmənin tapşırığına əsasən, eks-baş nazirin səhhətinin bərpası və müayinəsi üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.
Qərara əsasən, İmran Xan iki gün ərzində İslamabaddakı “Shifa International” xəstəxanasına köçürüləcək. Xəstəxana rəhbərliyi ilə aparılacaq məsləhətləşmələrdən sonra terapevt, ümumi cərrah, daxili xəstəliklər mütəxəssisi, oftalmoloq və kardioloqdan ibarət xüsusi tibbi komissiya yaradılacaq. Müayinə və müalicə prosesində Dr. Feysəl Sultan və Dr. Üzma Xanın da iştirakına icazə verilib.
Məhkəmə aidiyyəti qurumların qarşısında İmran Xanın ailə üzvləri ilə həftədə bir dəfə görüşməsini və övladları ilə həftədə iki dəfə telefonla əlaqə saxlamasını təmin etmək öhdəliyi qoyub. Eyni zamanda, hökumətə onun xəstəxanada olduğu müddət ərzində təhlükəsizlik tədbirlərini tam təmin etmək tapşırılıb.
Sabiq Baş nazirin müayinə və müalicəsinə dair yekun tibbi hesabat 16 sentyabr 2026-cı il tarixində keçiriləcək növbəti məhkəmə iclasında hakimlərə təqdim olunacaq.
Hüseyn İbadlı
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”





























