Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?
Bizi izləyin

Dünya

Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?

Əriyən buzlaq 34 illik sirri açdı - Turistlər nələri aşkarlayıblar?

İsveçrə Alp dağlarında əriyən buzlaqda 34 il əvvəl itkin düşmüş iki alpinistin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Kişilərin cəsədlərini bir turist aşkar edib. Tədqiqat göstərib ki, genetik məlumatlar 1992-ci ildə İsveçrənin cənubunda itkin düşmüş iki belçikalıya məxsusdur. Həmin vaxt bu şəxslərin 34 və 41 yaşı var idi.

Qeyd olunub ki, səyahətçilər hündürlüyü 4017 metr olan Vaysmis dağının zirvəsini fəth etməyi planlaşdırsalar da, əlverişsiz hava şəraitinə düşərək geri qayıda bilməyiblər. Xilasedicilər bir neçə il davam edən axtarışlar zamanı ekspedisiya iştirakçılarından yalnız birinin bel çantasını tapmağa müvəffəq olmuşdular.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm