Dünya
Aİ Ukraynada seçki sualına cavab vermədi: Qərarı Kiyev verməlidir
Avropa Komissiyası Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruri olub-olmaması ilə bağlı konkret mövqe bildirməkdən yayınıb.
Publika.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə Ukraynada seçkilərin keçirilməsi məsələsinə münasibət bildirərkən bunun Kiyevin qərarı olduğunu deyib.
“Hazırda konstitusion şərtlərin necə olduğunu müəyyən etmək bizə aid deyil. Bu qərarı Ukraynanın özü verməlidir”, - deyə Hipper bildirib.
Aİ-nin bu mövqeyi Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun prezident Vladimir Zelenskinin legitimliyini itirdiyi və ölkədə seçkilərin keçirilməsinin vacibliyi barədə açıqlamasından sonra səsləndirilib.
Kiyev isə keçmiş nazirin seçkilərin keçirilməsini təklif etmək hüququnun olmadığını bildirib.
Qeyd edək ki, Kreml də Ukraynada seçkilərin keçirilməsini zəruri hesab edir. Rusiya tərəfinin mövqeyinə görə, Zelenskinin legitimliyi ilə bağlı suallar mövcuddur və Ukrayna ilə sülh müqaviləsi yalnız legitim hökumətlə imzalana bilər.
Müəllif: Adəm
-
Avropa16:58NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
-
Rəsmi xronika15:57Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Cənubi Qafqaz14:42Paşinyandan kilsəyə zərbə: II Qaregin devriləcək - Yeni plan üzə çıxdı
-
Yaxın Şərq13:30İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi



















.jpg)















