Dünya
Aİ Rusiyadan balıq idxalına qadağa qoya bilmədi - Baltik dənizində böhran
Baltik dənizində balıq ehtiyatlarının sürətlə azalması Avropa İttifaqının (Aİ) Rusiyadan balıq idxalını tamamilə qadağan etməsinə mane olub.
Publika.az "Euractiv"ə istinadən xəbər verir ki, Aİ ölkələri iyunda Rusiyadan bütün balıq məhsullarının idxalına qadağa təklifini qəbul etməyib. Avropa Komissiyasının yalnız treskaya məhdudiyyət qoymaq təşəbbüsü də uğursuz olub. Nəticədə Aİ-nin 21-ci sanksiyalar paketi balıq ticarətinə toxunmayıb.
Baltik dənizində vəziyyət o qədər ağırlaşıb ki, İsveçin məşhur marinadlanmış siyənək məhsulunun istehsalı belə təhlükə altındadır. Siyənəkdən treskaya qədər bir sıra balıq növlərinin ehtiyatları kəskin azalıb.
Nəşr problemin səbəbləri arasında Avropa sahil şəhərlərinin sənaye tullantıları və çirklənməsini göstərir. Eyni zamanda, xüsusilə Baltikyanı ölkələrdə balıq emalı müəssisələri Rusiya xammalından asılıdır.
Məlumata görə, Litva, Latviya və Estoniya Rusiyadan balıq idxalına məhdudiyyətlərin əsas əleyhdarları olub, çünki tam qadağa regionda xammal çatışmazlığı yarada bilər.
Dəniz Tədqiqatları üzrə Beynəlxalq Şuranın məlumatına görə, Baltik dənizində treska ehtiyatları tarixi minimuma enib. 2026-cı il üçün tövsiyə olunan ov kvotası isə əvvəlki mövsümlə müqayisədə 30 faiz azaldılıb.
Adəm
-
Avropa16:58NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
-
Rəsmi xronika15:57Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Cənubi Qafqaz14:42Paşinyandan kilsəyə zərbə: II Qaregin devriləcək - Yeni plan üzə çıxdı
-
Yaxın Şərq13:30İran ABŞ-ı hədələdi: Bu dəfə silahlarımız fərqli olacaq
-
ABŞ10:12ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
-
Hadisə09:35DTX-dən əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
-
Region09:28İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər
-
ABŞ07:35Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi




















.jpg)















