Milyarderlər üçün 100 metrlik dərinlikdə məxfi bunkerlər tikilir - Qızıl, nağd pul, şərab kolleksiyaları...
Bizi izləyin

Dünya

Milyarderlər üçün 100 metrlik dərinlikdə məxfi bunkerlər tikilir - Qızıl, nağd pul, şərab kolleksiyaları...

Milyarderlər üçün 100 metrlik dərinlikdə məxfi bunkerlər tikilir - Qızıl, nağd pul, şərab kolleksiyaları...

İsveçrə Alpları milyarderlərin yeni cazibə mərkəzinə çevrilə bilər. İmkanlı şəxslər dağlarda öz aktivləri üçün məxfi anbarlar tikməyə başlayırlar.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti yazır.

Tikinti işlərini sahibkar Tomas Qasserin rəhbərliyi altında “Brünig Mega Safe AG” şirkəti həyata keçirir. Kompleks Bryuniq aşırımının altında, Lunqern kəndinin yaxınlığında inşa edilir. İlk anbarların 2028-ci ildə istifadəyə verilməsi vəd olunur; ümumilikdə 20-yə yaxın bunker tikiləcək. Otaqlardan istifadə hüququ 99 il müddətinə verilir, qiymətlər isə bir milyon İsveçrə frankından (1,23 milyon dollar) başlayır.

Dağ süxurlarının 100 metrdən çox dərinliyində inşa edilən bunkerlərdə maqnatlar qızıl, nağd pul, şərab kolleksiyaları, incəsənət əsərləri və lüks avtomobillər saxlaya biləcəklər. Anbar sahiblərinə oğurluqdan, hücumlardan və hər cür təbii fəlakətlərdən mühafizə zəmanəti verilir — tikinti şirkətinin əmin etdiyinə görə, təhlükəsizlik səviyyəsi İsveçrə Milli Bankı ilə müqayisə oluna bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm