Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
Bizi izləyin

Dünya

Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır

Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır

Günəş sistemində yeni planetlər aşkar edilə bilər. Ən ehtimal olunan namizəd isə mövcudluğu nəzəri olaraq hesablanmış hipotetik “Planet Nine”dir (Doqquzuncu planet).

Publika.az bu barədə “RİA Novosti”yə Perm Politexnik Universitetinin astronomiya sahəsi üzrə eksperti Yevgeni Burmistrov məlumat verib.

“Rəsmi olaraq hazırda Günəş sistemində səkkiz planet var. Günəş sistemində yeni planetlərin üzə çıxması onların aşkar edilməsi baxımından tamamilə mümkündür: biz sadəcə belə obyektlərin mövcud olub-olmadığını hələ ki bilmirik. Neptunun orbitindən kənarda çoxlu sayda cismin kəşfindən sonra Günəş sisteminin xarici hissəsinin əvvəllər zənn edildiyindən daha mürəkkəb olduğu bəlli oldu”, - deyə Burmistrov bildirib.

Ekspertin sözlərinə görə, 2006-cı ildə cırtdan planet Erida da daxil olmaqla belə obyektlərin kəşfi planet anlayışına yenidən baxılmasına və böyük planet hesab olunmaqdan çıxan Plutonun statusunun dəyişməsinə səbəb olub.

Alim qeyd edib ki, hazırda ən məşhur namizəd hipotetik Doqquzuncu planetdir (“Planet Nine”). Mütəxəssislər Koyper qurşağının bir sıra çox uzaq obyektlərinin qeyri-adi davranışına əsaslanaraq onun mövcudluğunu ehtimal edirlər.

“Onların orbitləri müəyyən şəkildə qruplaşmış görünür və ehtimal olunan izahlardan biri hələlik məlum olmayan kütləvi planetin qravitasiya təsiri ola bilər”, - deyə Burmistrov dəqiqləşdirib.

O əlavə edib ki, sözügedən planet mövcud olduğu təqdirdə, onun kütləsi təxminən 5–10 Yer kütləsi təşkil edə bilər, Günəş ətrafında tam dövr etməsi isə 10–20 min il çəkər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm