Qoroskop
Venera retrosu başlayır: Bu 3 bürcə təsir edəcək
2026-cı ilin ən diqqətçəkən astroloji hadisələrindən biri yaxınlaşır. Eşq, münasibətlər və maliyyə planeti hesab olunan Venera 3 oktyabrda retro hərəkətinə başlayacaq. Bu proses xüsusilə üç bürc üçün münasibətlər və maliyyə baxımından diqqətli olmağı tələb edir.
Publika.az həmin bürcləri təqdim edir:
Əqrəb və yüksələn Əqrəb
Venera 3-25 oktyabr tarixlərində münasibətlərdə əvvəldən gizli qalan qısqanclıq, şübhə və güc mübarizələri üzə çıxa bilər. Keçmiş sevgililərlə bağlı məsələlərin yenidən gündəmə gəlməsi də mümkündür. Astroloji şərhlərə görə, bu müddətdə xarici görünüşdə radikal dəyişikliklər etməkdən, estetik əməliyyatlardan və münasibətləri impulsiv şəkildə bitirməkdən çəkinmək tövsiyə olunur.
Tərəzi və yüksələn Tərəzi
25 oktyabr-13 noyabr tarixlərində Venera Tərəzidə retro hərəkət edəcək. Venera Tərəzinin idarəedici planeti olduğundan bu bürcün nümayəndələri münasibətlərini və öz dəyərlərini daha çox sorğulaya bilərlər. Bu dövrdə yeni ortaqlığa başlamaq, evlilik və nişan kimi mühüm qərarlar vermək üçün tələsməmək tövsiyə edilir. Münasibətlərdə ədalət mövzusu ön plana çıxa bilər.
Buğa və yüksələn Buğa
Venera retroya Əqrəb bürcündə başlayacaq. Bu səbəbdən münasibətlər, ortaqlıqlar və maliyyə məsələləri daha çox diqqət tələb edə bilər. Xüsusilə tərəfdaşdan qaynaqlanan maddi problemlər, gizli qalan məsələlər və etibarla bağlı suallar gündəmə gələ bilər. Böyük investisiyalar etmək, borc vermək və kiməsə zamin durmaq kimi maliyyə qərarlarında ehtiyatlı olmaq tövsiyə olunur.
Müəllif: Roza
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir

































