Dünya
Zaxarova Britaniyada baş nazir seçkilərini “siyasi lətifə” adlandırdı
Britaniyada baş nazirin seçilməsi ilə bağlı prosedur Rusiyanın XİN sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub.
Publika.az xəbər verir ki, Zaxarova Britaniyada baş nazirin hakimiyyətə gəlməsi mexanizmini “siyasi lətifə” adlandırıb. O, bu barədə “Sputnik” radiosunun efirində danışıb.
Diplomatın sözlərinə görə, Böyük Britaniyada hakimiyyətə gələn siyasi liderlərdən heç biri ölkə vətəndaşlarının birbaşa və ya yarımbirbaşa səsverməsi ilə baş nazir seçilməyib.
“Britaniyada baş verənlər ümumiyyətlə siyasi lətifədir”, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, hətta məktəblərdə sinif nümayəndəsinin seçilməsi daha şəffaf və anlaşılan şəkildə həyata keçirilir. Zaxarovanın fikrincə, şagirdlərin səsvermə yolu ilə nümayəndə seçməsi Britaniyada baş nazirin hakimiyyətə gəlməsi prosesindən daha demokratik görünür.
Qeyd edək ki, Britaniyada baş nazir postuna namizəd adətən parlament seçkilərində qalib gələn partiyanın lideri olur. Sonuncu ümumi parlament seçkilərində Leyboristlər qalib gəldiyi üçün Kir Starmer baş nazir olmuşdu.
Müəllif: Adəm
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR


















.jpg)















.jpg)
