Kralın səhhəti ağırlaşdı: Vəliəhd və kraliça bütün tədbirləri ləğv etdi
Bizi izləyin

Dünya

Kralın səhhəti ağırlaşdı: Vəliəhd və kraliça bütün tədbirləri ləğv etdi

Kralın səhhəti ağırlaşdı: Vəliəhd və kraliça bütün tədbirləri ləğv etdi

89 yaşlı Norveç kralı V Haraldın səhhəti kəskin pisləşib. Kral sarayı onun vəziyyətini “çox ağır” kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, bununla əlaqədar vəliəhd şahzadə Haakon və kraliça Sonya bütün planlaşdırılan rəsmi tədbirlərini ləğv ediblər.

Kral avqustun 17-də hemolitik anemiya ilə bağlı müalicənin yaratdığı ağırlaşmalar səbəbindən Oslo Milli Xəstəxanasına yerləşdirilib. Daha sonra onun qanında bakterial infeksiya aşkarlanıb və antibiotik müalicəsinə başlanılıb.

Kralın xəstəliyi səbəbindən bütün rəsmi vəzifələrini müvəqqəti olaraq vəliəhd Haakon icra edir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm