Dünya
İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
İsrail Böyük Britaniya və digər Avropa ölkələrinin nümayəndələrini Qəzzaya dəstək mərkəzindən çıxarmağı nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, İsrail hökumətində son həftələr Böyük Britaniya nümayəndələrinin Kiryat-Qatdakı, İsrail-HƏMAS arasında atəşkəsə nəzarət edən qərargahdan uzaqlaşdırılması müzakirə olunub. Oxşar addımın İtaliya və Almaniya nümayəndələrinə qarşı da atılması gündəmə gəlib.
Bu qərarın Londonun İsrailə qarşı mövqeyini sərtləşdirməsinə cavab ola biləcəyi bildirilir. Böyük Britaniyada 140-dan çox deputat İsrail yaşayış məntəqələrindən gətirilən mallara qadağa qoyulmasını tələb edib. Xarici işlər naziri Ed Milibend isə Qüds yaxınlığındakı E-1 yaşayış məntəqəsinin tikintisini pisləyib.
İsrail avqustun 25-də Niderland nümayəndələrini ölkədən çıxarıb, daha əvvəl isə İspaniya nümayəndələri Kiryat-Qatdakı mərkəzdən uzaqlaşdırılıb.
Təl-Əviv və London britaniyalı nümayəndələrin mümkün çıxarılması ilə bağlı hələlik açıqlama verməyib. İsrail-Britaniya münasibətləri Qəzza müharibəsi və İsrail yaşayış məntəqələrinin tikintisi ilə bağlı fikir ayrılıqları səbəbindən son aylarda daha da gərginləşib.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya28 Sentyabr 13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika28 Sentyabr 11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?



















.jpg)
















.jpg)
