Dünya
Bu ölkə İranla diplomatik əlaqələri dayandırdı
Peru İranın siyasətini pisləyib və bu ölkə ilə diplomatik əlaqələri kəsib.
Publika.az xəbər verir ki, b u barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: "Peru Respublikası hökuməti sülhə tarixi sadiqliyinə, beynəlxalq hüquqa və demokratiyanın müdafiəsinə hörmətinə əsaslanaraq, İran İslam Respublikası ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib".
Xarici İşlər Nazirliyi qeyd edib ki, Peru İranın Hörmüz boğazına qoyduğu sərt məhdudiyyətlərdən dərin narahatlıq keçirir və bunun beynəlxalq ticarəti pozduğuna inanır.
Diplomatik münasibətlərin kəsilməsinə baxmayaraq, Latın Amerikası ölkəsi vətəndaşlarına konsulluq xidmətləri göstərməyə davam etmək niyyətindədir.
Müəllif: Tural
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək






























