Dünya
Biznesini satıb rahib olacaq - Məşhur milyonçunun qərarı
Tailandda məşhur "Hawell's" dondurma brendinin yaradıcısı Siriponq Akkarasriyuk şirkətini sataraq buddist rahibi olmağa hazırlaşır.
Publika.az xəbər verir ki, 54 yaşlı sahibkar bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Akkarasriyuk biznesini 165 milyon bata (təxminən 8 milyon 516 min 310 manat) dəyərində qiymətləndirib. Alıcı tapmağa kömək edən şəxsə isə 5 milyon bat (təxminən 258 min 125 manat) mükafat vəd edib. Satış paketinə torpaq sahəsi, ofis, zavod, brend və dondurma reseptləri daxildir.
Sahibkarın sözlərinə görə, o, hələ 15 il əvvəl özünü buddizmə həsr etmək qərarına gəlib. Akkarasriyuk iki ildən sonra sosial və ailə həyatını tamamilə geridə qoymağı planlaşdırır. Bu müddətdə o, torpaq alaraq meditasiya üçün xüsusi mərkəz inşa etmək niyyətindədir.
Xatırladaq ki, "Hawell's" brendi 1999-cu ildə yaradılıb və 2000-ci illərin əvvəlində sürətlə populyarlaşıb.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)




.jpg)




.jpg)













.jpg)

