Hadisə
Xaçmazda qəza: 9 nəfər xəsarət aldı - Adlar
Xaçmaz rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan doqquz şəxsin kimliyi məlum olub.
Publika.az "Report"a istinadən xəbər verir ki, Gəndov-Yalama avtomobil yolunun Çarxı kəndindən keçən hissəsində 50-DM-669 dövlət nömrə nişanlı VAZ-2106 və 22-BO-608 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü P.Əlixanova, Ağsu rayon sakinləri; 1997-ci il təvəllüdlü S.İsmayılov, 1993-cü il təvəllüdlü İ.İsmayılov, Şabran rayon sakinləri; 1972-ci il təvəllüdlü A.İbrahimov, 1964-cü il təvəllüdlü, İ.İsmayılov, 1995-ci il təvəllüdlü Z.İsmayılova, 1991-ci il təvəllüdlü F.Məmmədova, 2011-ci il təvəllüdlü Ə.Məmmədova və 2015-ci il təvəllüdlü, R.Məmmədova müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
















.jpg)
.jpg)



















