Dünya
Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
Kanadada avtomobil oğurluğu son illərdə görünməmiş həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” analiz dərc edib.
Bildirilib ki, araşdırmalar oğurlanan avtomobillərin bir hissəsinin Yaxın Şərq üzərindən Rusiyaya göndərildiyini və bunun arxasında Ukrayna müharibəsindən sonra Rusiyada Qərb istehsalı avtomobillər üçün yaranan qara bazarın dayandığını ortaya çıxarıb.
Məlumata görə, İnterpol ( Beynəlxalq Cinayət Polisi Təşkilatı) 2024-cü ilin fevralından 2026-cı ilin iyulunadək Kanadada oğurlanan 4798 avtomobilin Rusiyada olduğuna dair məlumat alıb. Kanadalı rəsmilər isə real rəqəmin daha yüksək ola biləcəyini bildirirlər.
Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da avtomobil bazarına ciddi təsir göstərib. Qərb istehsalçıları Rusiya bazarından çəkildikdən sonra yaranan boşluğu cinayətkar qruplar və qaçaqmalçılar doldurub. Avtomobillərin sifariş əsasında oğurlandığı da bildirilir.
Kanadada vəziyyət xüsusilə 2021-ci ildən sonra kəskinləşib. Torontoda avtomobil oğurluqlarının pik həddə çatdığı dövrdə bir gecədə 30 avtomobilin oğurlandığı bildirilib. Oğruların hətta avtomobillərin açarlarını ələ keçirmək üçün evlərə girdiyi də qeyd olunur.
Kanada polisi 2023-cü ildə Torontoda keçirilən əməliyyatlar zamanı əldə edilən sənədlər əsasında oğurlanan avtomobillərin ölkə xaricinə çıxarıldığını müəyyən edib. Bundan sonra sərhəd və gömrük yoxlamaları sərtləşdirilib. Mütəxəssislər bəzi avtomobillərin Rusiyada ikiqat qiymətə satıla biləcəyini bildirirlər.
Qaçaqmalçıların əsas marşrutlarından birinin Birləşmiş Ərəb Əmirlikləri üzərindən Rusiyaya uzandığı müəyyən edilib. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Litva üzərindən keçən marşrutlar da aşkarlanıb.
Kanada və Rusiya arasında məlumat mübadiləsi nəticəsində Rusiyaya aparılmış 200 oğurlanmış avtomobil Kanadaya qaytarılıb. Hazırda İnterpol bazasında oğurlanmış kimi qeyd olunan avtomobillərin Rusiyada qeydiyyata alınmasına icazə verilmir. Kanada problemin qarşısını almaq üçün avtomobil oğurluğuna görə cəzaları 14 ilə qədər artırıb.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi













.jpg)

.jpg)














.jpg)

