İmişli Şəkər Zavodunda yanğın: Ehtiyatlara zərər dəyməyib - Foto/Yeniləndi
Bizi izləyin

Hadisə

İmişli Şəkər Zavodunda yanğın: Ehtiyatlara zərər dəyməyib - Foto/Yeniləndi

İmişli Şəkər Zavodunda yanğın: Ehtiyatlara zərər dəyməyib - Foto/Yeniləndi

İmişli Şəkər Zavodunda yanğın hadisəsi təmir işləri icra edildiyi boş anbarda baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası hadisəyə operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürüblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Zavodda saxlanılan şəkər ehtiyatlarına hər hansı zərər dəyməyib.

xxx

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm