Dünya
Sağçıların qələbəsinə Rusiyadan ilk reaksiya - Almaniya oyanır
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) partiyasının nəticəsi Rusiyada diqqət çəkib.
Publika.az xəbər verir ki, rusiyalı senator Aleksey Puşkov seçkilərin nəticələrini şərh edərək Almaniyanın bir hissəsinin, görünür, “oyanmağa başladığını” bildirib.
“Almaniyanın bir hissəsi, görünür, oyanır. Almaniya kansleri Fridrix Mertsin antimilli siyasəti Saksoniya-Anhaltda müqavimətlə üzləşir. Görəsən, Almaniyanın qalan hissəsi də oyanacaqmı?” - deyə Puşkov "Telegram" kanalında yazıb.
Qeyd edək ki, “Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdə böyük fərqlə qalib gəlib. Partiya səslərin 43,8 faizini toplayıb. Əyalət hökumətinə rəhbərlik edən Xristian Demokrat İttifaqı (XDİ) isə 17,2 faiz səs alıb. Bu, AfD-nin əyalət seçkilərində tarixində göstərdiyi ən yüksək nəticədir.
Lakin AfD mütləq çoxluq əldə edə bilməyib. İlkin bölgüyə əsasən, partiya parlamentdəki 83 yerdən 39-nu qazanacaq. Müstəqil hökumət formalaşdırmaq üçün isə ən azı 42 mandat tələb olunur.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)

.jpg)


.jpg)













.jpg)

