Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Mərkəzi banklar qızıl ehtiyatlarının yalnız həcminə deyil, harada saxlanılmasına da diqqət yetirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Ekonomim” nəşri məlumat yayıb.
Bildirilib ki, son olaraq Niderland Mərkəzi Bankı (DNB) ABŞ və Kanadada saxlanılan 86 ton qızıl ehtiyatını Londona köçürüb. 2026-cı ilin mart-avqust aylarında həyata keçirilən addımın əsas səbəbi artan geosiyasi qeyri-sabitlik və mümkün böhranlara hazırlıq kimi göstərilib.
DNB-nin ümumi qızıl ehtiyatı 612,4 ton təşkil edir. Köçürmədən sonra Niderlandın qızılının Londonda saxlanılan hissəsi 18,1 faizdən 32,1 faizə yüksəlib. Nyu-York və Ottavanın payı isə ayrı-ayrılıqda 18,5 faizə düşüb. Ehtiyatların 30,8 faizi Niderlandda saxlanılır.
London dünyanın ən böyük fiziki qızıl ticarəti mərkəzlərindən biridir. İngiltərə Bankında saxlanılan qızıl beynəlxalq standartlara uyğun olduğundan daha asan alınıb-satıla bilir. Bu isə böhran zamanı ehtiyatlardan daha sürətli istifadə etməyə imkan verir.
Bu tendensiyanın arxasında əsasən geosiyasi risklər, xaricdə saxlanılan ehtiyatların dondurulması təhlükəsi, böhran zamanı likvidlik və ehtiyatlar üzərində daha çox nəzarət dayanır. Bununla da, mərkəzi banklar qızıldan imtina etmir, əksinə onun daha əlçatan və təhlükəsiz saxlanması üçün ehtiyatların coğrafi bölgüsünü yenidən nəzərdən keçirirlər.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)

.jpg)


.jpg)













.jpg)

