Dünya
Keçmiş kraliça xəstəxanalıq oldu - Dəfndə iştirak edə bilməyəcək
Danimarkanın keçmiş kraliçası II Marqrete yenidən xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” Kopenhagen sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.
86 yaşlı keçmiş kraliçanın bud nahiyəsində tromb aşkarlanıb və onda yüngül susuzlaşma (dehidratasiya) diaqnozu qoyulub. Sarayın açıqlamasında Marqretenin vəziyyətinə uyğun olaraq özünü yaxşı hiss etdiyi və əhvalının yaxşı olduğu bildirilib.
Keçmiş kraliça həkimlərin nəzarəti altında həftə ərzində xəstəxanada qalacaq. Səhhətindəki problemlərə görə o, sentyabrın 9-da Norveç kralı V Haraldın dəfn mərasimində iştirak edə bilməyəcək.
Xatırladaq ki, II Marqrete 14 yanvar 1972-ci ildən 14 yanvar 2024-cü ilədək Danimarkanın kraliçası olub. O, mərhum Norveç kralı V Haraldın bibisi qızı idi.
Qeyd edək ki, II Marqrete may ayında da xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt həkimlər onun bud nahiyəsində tromb aşkarlamışdılar. Trombun yıxılmadan sonra yarana biləcəyi bildirilmişdi. Həkimlər mümkün fəsadların qarşısını almaq üçün onun təcili xəstəxanaya yerləşdirilməsinə qərar vermişdilər.
Müəllif: Adəm
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq













.jpg)


.jpg)















.jpg)

