Dünya
İsraildə hakimiyyət uğrunda savaş qızışır: Netanyahu geridədir
İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində siyasi mənzərə daha da qarışıb.
Publika.az xəbər verir ki, “KAN” televiziyasının son sorğusuna əsasən, İsrailin keçmiş Baş Qərargah rəisi və "Yashar" partiyasının lideri Qadi Eisenkot 23 mandatla seçki yarışında hazırkı baş nazir Benyamin Netanyahunu qabaqlayır.
Məlumata görə, Netanyahunun rəhbəri olduğu “Likud” partiyasının isə 20 mandat qazanacağı gözlənilir. İfrat sağçı və ultra-ortodoks yəhudilərdən ibarət hazırkı hakim blok isə Ofer Vinterin "Amcha Yisrael" partiyasının dəstəyi ilə 52 mandata çatır.
Müxalifət blokunun mandat sayı isə əvvəlki sorğu ilə müqayisədə 55-dən 51-ə düşüb. Buna səbəb Yoaz Hendel və Yaron Zelekhanın yaratdığı yeni partiyanın seçki baryerini keçərək 4 mandat qazanacağına dair proqnozdur.
Beləliklə, nə hakim, nə də müxalifət bloku hökumət qurmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu təkbaşına əldə edə bilir.
İsrailin 120 yerlik Məclisində hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur. Bu səbəbdən seçkilərdən sonra koalisiya danışıqlarının həlledici olacağı gözlənilir.
Müəllif: Roza
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq













.jpg)


.jpg)















.jpg)

