Dünya
4,3 milyard hara xərclənib? - "Ahbap"ın anbarında elə şeylər tapıldı ki...
Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Kocaelinin Derince rayonundakı anbarda şox sayda istifadə olunmamış əşyalar tapılıb.
Publika.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində anbarda 895 ədəd istifadə olunmamış humanitar yardım çadırı, 600-ə yaxın portativ çarpayı və çoxlu sayda yataq tulumu aşkarlanıb.
Eyni zamanda, elektrikli velosipedlər, portativ radio-rabitə cihazları, əlil arabaları, qızdırıcılar, soyuducular, sobalar, su çənləri və müxtəlif ev-ofis əşyalarının da olduğu müəyyən edilib. Qəyyum heyəti istifadəyə yararlı materialların daha çox dəyər itirmədən ehtiyacı olan insanlara, xüsusilə Hataydakı zəlzələ qurbanlarına çatdırılmasını təklif edib.
Baş Prokurorluğun məlumatına görə, dərnəkdə 2023-cü il ərzində zəlzələ qurbanları üçün təxminən 4,3 milyard lirə ianə toplanıb. Həmin vəsaitin 2 milyard lirədən çox hissəsinin mənzil layihələrinə, 1 milyard lirədən çoxunun isə mal və xidmət alışlarına xərcləndiyi bildirilir.
Son əməliyyat çərçivəsində 53 şübhəli barəsində tədbir görülüb, 47 nəfər saxlanılıb. İstintaq davam edir.
Müəllif: Roza
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq













.jpg)


.jpg)















.jpg)

