Dünya
KXDR Yapon dənizinə ballistik raketlər buraxdı
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
Publika.az xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər şənbə günü yerli vaxtla saat 05:20-də (Bakı vaxtı ilə 00:20) Vonsan bölgəsindən buraxılıb. Təxminən 250 kilometr məsafə qət edən raketlər daha sonra dənizə düşüb.
Hazırda Cənubi Koreya və ABŞ hərbçiləri buraxılan raketlərin texniki göstəricilərini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
Raket sınaqları Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərini başa çatdırmasından bir gün sonra baş verib. Mənbələr KXDR-in ehtimal ki, “Hvason-11” seriyasına aid ballistik raketlərlə yanaşı, 600 millimetrlik yaylım atəşli reaktiv sistemlərdən də istifadə etdiyini bildiriblər.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
























_(1).jpg)









