Dünya
Bəşər Əsədin qohumu məşhur narkobaronun oğlu ilə birlikdə saxlanıldı
Livanda ordu devrilmiş Suriya Prezidenti Bəşər Əsədin uzaq qohumlarından birini və tanınmış livanlı narkobaron Nuh Zayterin oğlunu saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə AFP-yə Livanın təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, ordu ölkənin şərqindəki Bekaa bölgəsində narkotik maddə qəbul edən üç şəxsi saxlayıb. Onların arasında Bəşər Əsədin əmisi oğlunun oğlu Süleyman Hilal əl-Əsəd də olub.
Saxlanılanlar arasında məşhur narkobaron Nuh Zayterin oğlu Əlinin də olduğu açıqlanıb. Qeyd edək ki, Zayterin özü ötən il Livan ordusu tərəfindən tutulub.
Saxlanılan üç şəxs dindirilmələri üçün Livanın Müdafiə Nazirliyinə təhvil verilib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı

















.webp)

















