Dünya
Fidanın Bakıya səfərinin təfərrüatı açıqlandı: Nələr müzakirə olunacaq?
Türkiyənin xarici işlər naziri Hakan Fidan ikitərəfli münasibətlər, müdafiə əməkdaşlığı, regional proseslər və iqtisadi əlaqələri müzakirə etmək üçün 15-16 sentyabr tarixlərində Azərbaycana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Fidanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirməsi, müdafiə naziri Zakir Həsənovla görüşü gözlənilir. Türkiyəli nazirin Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də bildirilir.
Görüşlərin əsas gündəmində Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı, iki ölkə arasında 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi, enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri olacaq.
Tərəflərin Türk Dövlətləri Təşkilatında (TDT) əməkdaşlığı, həmçinin Türkiyənin ev sahibliyi edəcəyi 13-cü TDT Zirvə görüşü və COP31 ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
Regional gündəmdə isə Azərbaycan-Ermənistan sülh prosesi və regional təhlükəsizlik məsələləri ön planda olacaq. Fidanın Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması üçün hazırkı dövrü “tarixi fürsət” kimi qiymətləndirəcəyi gözlənilir.
Bundan əlavə, Türkiyənin Qarabağda infrastrukturun bərpası, enerji və ticarət yollarının fəaliyyətinin təmin edilməsi və regional bağlantının gücləndirilməsi istiqamətindəki dəstəyinin də müzakirə olunacağı qeyd olunur.
Müəllif: Roza
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi
-
İqtisadi gündəm00:45Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura görün nə qədər xərclənəcək...
-
Qoroskop00:15Günün ULDUZ FALI - Hesablanmış risklər böyük dividendlər gətirə bilər
-
Magazin115 Oktyabr 23:48Elza başına quş yumurtası qoydu
-
Magazin115 Oktyabr 23:00Vüsalədən bacısı ilə bağlı paylaşım - FOTO
-
Yaxın Şərq15 Oktyabr 22:36Raketlə vurulan prezident sarayından kimlər sağ çıxıb? - Baş nazir və...
-
İdman15 Oktyabr 21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin115 Oktyabr 21:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb


































