Dünya
Yunanıstandan etiraf: “Türkiyənin yelkəninə külək verən amil”
Yunanıstanlı professor Sotiris Serbos Türkiyə-Yunanıstan münasibətlərində və beynəlxalq sistemdə dəyişən balanslarla bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Serbosun sözlərinə görə, xüsusilə 2025-ci ildən etibarən beynəlxalq sistemdə baş verən dəyişikliklər Türkiyənin diplomatik və strateji manevr imkanlarını genişləndirib. O bildirib ki, ABŞ-ın Avropadan uzaqlaşması, yeni administrasiyanın prioritetləri və Avropanın Ukrayna müharibəsindən sonrakı mövqeyi yeni geosiyasi balans yaradıb.
Professor qeyd edib ki, Türkiyə bu şəraitdə beynəlxalq rolunu və təsirini artırmaq üçün daha çox imkan əldə edib və Ankara əvvəlki dövrlə müqayisədə daha özünəinamlı hərəkət edir.
Serbos Yunanıstanın Türkiyəyə qarşı yalnız çəkindirmə siyasətinə güvənməsinin kifayət etmədiyini vurğulayıb. Onun fikrincə, Afina diplomatik kanallardan daha fəal istifadə etməli və öz məsələlərini beynəlxalq gündəmə daha güclü şəkildə çıxarmalıdır.
Professor Yunanıstanın qarşıdakı dövrdə iki istiqamətə diqqət yetirməli olduğunu bildirib. Birinci istiqamət Qərblə daha geniş çərçivədə danışıqlar aparmaqdır. Serbos hesab edir ki, Afina Türkiyə məsələsində Qərb müttəfiqləri ilə daha əhatəli strategiya formalaşdırmalıdır.
İkinci istiqamət isə Yaxın Şərqdir. Onun sözlərinə görə, Yunanıstan regionda daha fəal diplomatik və vasitəçilik rolu oynaya bilər.
Yunan professorun sözlərinə görə, mövcud beynəlxalq şərait Türkiyənin hərəkət imkanlarını genişləndirib. “İndi hər iki tərəfdə də mövcud olan bu boşluğu görürük və bu da əsasənTürkiyənin yelkənlərinə külək təkanı verən amil oldu”, - deyə o qeyd edib.
Müəllif: Roza
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz







.jpg)




.jpg)
.jpg)











.jpg)






.jpg)



