Trampın səhhətində ciddi problemlər var? - Qızılgül bağından MESAJ VERDİ
Bizi izləyin

ABŞ

Trampın səhhətində ciddi problemlər var? - Qızılgül bağından MESAJ VERDİ

Trampın səhhətində ciddi problemlər var? - Qızılgül bağından MESAJ VERDİ

ABŞ Prezidenti Donald Tramp çox ciddi sağlamlıq problemlərinin olduğunu bəyan edib, lakin sonra bunu zarafata salıb.

Publika.az xəbər verir ki, onun Ağ Evin Qızılgül bağındakı sözlərindən TASS sitat gətirib.

O, spirtli içki qəbul etmədiyini, siqaret çəkmədiyini və narkotik istifadə etmədiyini bildirərək qeyd edib ki, əgər bunları etməsən, heç bir problem də olmayacaq.

Bununla belə, o, başqa problemlərinin — “çox ciddi sağlamlıq problemlərinin” olduğunu və bunları öz siyahısına əlavə etmək istəmədiyini bəyan edib.

80 yaşlı prezidentin sözlərinə görə, kütləvi informasiya vasitələri onun problemləri haqqında yazacaqlar və o, bura siqaretlə spirtli içkini də əlavə etmək istəmir, çünki bu, onun burada olmamasına səbəb olardı.

“İndi mətbuat soruşacaq: “Onun nə kimi problemləri var? Gəlin araşdıraq”. Yəqin ki, buna özüm şərait yaratdım. Məni müdafiə etmək lazım gələcək, çünki onlar yazacaqlar: “O dedi ki, ciddi problemləri var. Söhbət hansı problemlərdən gedir?” Hansı ki, buna, səmimi desəm, mənim də cavabım yoxdur. Mən sadəcə KİV qarşısında zarafatlaşırdım”, — deyə agentlik Trampdan sitat gətirib.

May ayında “The Washington Post” qəzeti yazmışdı ki, Amerika lideri son bir il ərzində müntəzəm olaraq xəstəxanalara düşüb və tibbi müayinələrdən keçib. Nəşrin məlumatına görə, keçən ilin aprelində Tramp illik tibbi müayinədən keçib, daha sonra isə “planlı növbəti müayinə” üçün oktyabrda yenidən həkimlərə müraciət edib. Bu səfər respublikaçının ictimaiyyət arasında boynunda və əllərində qançırlar və qırmızı ləkələrlə görünməsindən sonra baş tutub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm