Dünya
İran ABŞ bazalarını belə darmadağın edib - Şok FOTOLAR yayıldı
İran raketləri və dronları Küveyt və Səudiyyə Ərəbistanındakı Amerika bazalarına genişmiqyaslı ziyan vurub.
Publika.az xəbər verir ki, CBS telekanalı dağıntıların fotolarını paylaşıb.
Kanal qeyd edir ki, fotolar ABŞ-ın aktiv xidmətdə olan hərbçiləri tərəfindən ötürülüb. Zərbələrin dəqiq tarixi göstərilməyib.
NBC əvvəllər İranın Yaxın Şərqdəki ABŞ bazalarına açıq şəkildə etiraf etdiyindən daha ciddi ziyan vurduğunu və onların bərpasının milyardlarla dollara başa gələcəyini bildirmişdi.
Pentaqon Baş Müfəttişinin hesabatında qeyd olunur ki, İranla münaqişə nəticəsində Amerika diplomatik nümayəndəliklərinə dəyən ziyan təxminən 184 milyon dollar təşkil edib.
Konqresin Büdcə İdarəsinin məlumatına görə, Pentaqonun İrana qarşı hərbi xərcləri 1 avqust tarixinə təxminən 38 milyard dollara çatıb. İtirilmiş avadanlıqlarla yanaşı, buraya istifadə olunmuş sursatların dəyişdirilməsi, uçuş saatlarının artırılması, digər əməliyyatlar və yanacaq daxildir.
Müəllif: Tural
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü







.jpg)

















.jpg)






.jpg)



