Kipr danışıqlarında illər sonra açıqlanan ifadələr: “İndi də bizi satacaqsınız?”
Bizi izləyin

Dünya

Kipr danışıqlarında illər sonra açıqlanan ifadələr: “İndi də bizi satacaqsınız?”

Kipr danışıqlarında illər sonra açıqlanan ifadələr: “İndi də bizi satacaqsınız?”

2017-ci ildə Krans-Montanada keçirilən Kipr danışıqları ilə bağlı yeni açıqlamalar gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, Cənubi Kiprdən olan yutuber və Avropa Parlamentinin deputatı Fidias Panayotu ilə söhbətində keçmiş AKEL Partiyasının baş katibi Andros Kiprianu 2017-ci ildə keçirilən danışıqlarda Rum tərəfinin tələblərinin böyük hissəsinin qəbul edildiyini iddia edib. Onun sözlərinə görə, keçmiş prezident Nikos Anastasiadis və komandası əldə olunan razılaşmanın reallaşmasına mane olub.

Kiprianu qeyd edib ki, Türkiyə həll üçün mühüm iradə nümayiş etdirib, lakin Kiprin Rum rəhbərliyi danışıqlar masasından geri çəkilib.

O bildirib ki, Yunanıstanın keçmiş Baş naziri Aleksis Tsipras Anastasiadisi razılaşmanı qəbul etməyə çağırıb. Tsiprasa görə, bu, Rum tərəfinin əldə edə biləcəyi ən yaxşı nəticə olub.

Kiprianunun sözlərinə görə, Tsipras və Anastasiadis məsələ ilə bağlı ciddi mübahisə də ediblər. Həmin dövrdə Türkiyədə baş nazir olan Binali Yıldırım və Tsipras razılaşmanı yekunlaşdırmaq üçün Krans-Montanaya getməyə hazır olublar.

Kiprianu həmçinin Anastasiadisin Tsiprasa belə dediyini qeyd edib: “Yunanıstan olaraq bizi 1974-cü ildə satdınız, indi də satacaqsınız?”.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm