Dünya
Türkiyə təhlükədə: Həmin qanun təsdiqlənərsə…
ABŞ prezidenti Donald Tramp “Qrem qanunu”nu imzaladıqdan sonra Rusiya nefti və qazının iri alıcıları olan ölkələrə qarşı 100%-dək gömrük tarifləri tətbiq etmək mümkün olacaq. Qanun artıq ABŞ Konqresinin hər iki palatasından keçib və Trampın imzasını gözləyir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasük “Ukrinform”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çin, Hindistan və Türkiyə potensial tarif tətbiq edilə biləcək ölkələr sırasındadır. 2026-cı ilin ilk 8 ayında Çin Rusiyadan 585 milyon barrel, Hindistan 453 milyon barrel, Türkiyə isə 44 milyon barrel xam neft idxal edib.
Bundan başqa, Vlasükün açıqlamasına görə, ilk 8 ayda Türkiyədən Rusiyaya və ya Rusiyaya doğru dəniz yolu ilə 309 min barrel benzin göndərilib və ya daşınması həyata keçirilib.
Potensial tariflər siyahısına məlumatlar yeniləndikdən sonra Macarıstan və Slovakiya da daxil ola bilər. Qanunda müəyyən istisnalar nəzərdə tutulur və ABŞ prezidenti Konqresin müvafiq razılığı ilə tariflərin tətbiqindən imtina edə bilər.
Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı















.webp)




















