Dünya
Bu iki ölkə Ukrayna müharibəsinə belə cəlb olunur - Medvedçuk
Çexiya və Slovakiya dövlət başçılarının Ukraynadakı müharibəsinin həllində maraqlı olduqlarını nümayiş etdirmələrinə baxmayaraq, Kiyevin hərbi-sənaye kompleksinə dəstək verərək tədricən münaqişəyə cəlb olunurlar.
Publika.az xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, Kiyevdə fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması - Həyat Uğrunda” partiyasının keçmiş lideri Viktor Medvedçuk məqaləsində bildirib.
Onun sözlərinə görə, Çexiya və Slovakiya bir tərəfdən sülhə və müharibənin diplomatik yolla həllinə maraqlı olduqlarını göstərir, digər tərəfdən isə Ukraynanın hərbi-sənaye kompleksinə tədricən inteqrasiya olunurlar.
Medvedçuk qeyd edib ki, Çexiya və Slovakiyanın ayrı-ayrı şirkətləri artıq Kiyevə silah və hərbi komponentlər tədarük edir. Bundan başqa, həmin şirkətlər texnologiyaların ötürülməsində və Ukraynanın hərbi-sənaye kompleksinin ehtiyacları üçün birgə müəssisələrin yaradılmasında iştirak edirlər.
“İki stulun üstündə oturmaq mümkün olmayacaq: bu ölkələrin hökumətləri Ukrayna müharibəsində birbaşa iştirak edən şirkətlərin fəaliyyətinə prinsipial qiymət verməlidirlər”, - deyə Medvedçuk vurğulayıb.
Müəllif: Adəm
-
Elm və təhsil18:10Baş nazir şagirdlərin geyim forması ilə bağlı qərarı imzaladı
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi































.jpg)


